Accessibility links



Stiven Spilberqin tarixi hadisələri əks etdirən “Linkoln” kino-filmi bu il Oskara ən çox nominasiyada göstərilib. “Linkoln” ilin ən yaxşı kino-filmi kateqoriyası da daxil olmaqla 12 nominasiya alıb. Eyniadlı əsər əsasında çəkilmiş “Pinin həyatı” kino-filmi “Linkoln”dan sonra ikinci yedə gələrək, 11 nominasiyada göstərilib.

Amerika Kino, İncəsənət və Elmlər Akademiyasının Oskar mükafatlarına nominasiyalarının adları cümə axşamı günü Kaliforniyada Beverli Hillsdə açıqlanıb. Bu il Oskar mükafatlarının təqdimatı mərasiminin aparıcıları Set Makfarleyn və aktrisa Emma Stoun olacaqlar.

Psixiatriya klikinasından çıxdıqdan sonra həyatını normal məcraya salmağa çalışan gənc haqda bəhs edən “Silver Linings Playbook” filmi ən yaxşı kişi rolunun ifaçısı, habelə ən yaxşı quruluşçu-rejissor, ən yaxşı kino-film və ən yaxşı ssenari kimi dörd əsas kateqoriyada Oskar mükafatına nominasiya edilib.

Amerika Kino Akademiyasının ilin ən yaxşı filmlərinə verdiyi mükafata nominasiya edilən digər kino-filmlər arasında müstəqil kino yaradıcıları tərəfindən çəkilmiş “Cənub cəngəlliklərinin vəhşiləri”, Oskar mükafatı laureatı olan ilk qadın kino-rejissor Ketrin Biqolunun Usama Bin Ladenin qətli əməliyyatı haqda çəkdiyi “Gecə yarıdan 30 dəqiqə sonra”, Fransa kinematoqrafçılarının yaratdığı “Məhəbbət”, İranda girov böhranı haqda “Arqo”, müzikl janrında çəkilmiş “Səfillər” və kino-rejissor Kventin Tarantinonun vestern janrında çəkdiyi “Zəncirlərini qırmış Canqo” filmləri var.
XS
SM
MD
LG