Accessibility links

İosif Stalinin qızı ABŞ-da dünyasını dəyişib


İosif Stalin və qızı

İosif Stalin və qızı

Sovet diktatoru İosif Stalinin qızı Lana Piters 85 yaşında ABŞ-da xərçəng xəstəliyindən dünyasını dəyişib.

Onun həyatındakı dramatik dəyişikliklər klassik rus romanlarındakı xarakterləri xatırladır.

Svetlana Stalina kimi dünyaya göz açan Piters Sovet İttifaqında dəbdəbəli bir həyat sürüb.

O, 1953-cü ildə atası vəfat edəndən sonra adını dəyişib. Piters hindistanlı ikinci həyat yoldaşı 1966-cı ildə dünyasını dəyişəndə yoldaşının külünü Dehliyə aparıb. Onu qarabaqara izləyən KQB agentlərindən yayınmağa müvəffəq olan Piters ABŞ səfirliyinə gedərək siyasi sığınacaq almağa çalışıb. Tezliklə Nyu-Yorka gələn Lana Piters "azadlığına" qovuşub və Sovet sistemini ifşa etməyə başlayıb.

O, ən çox satılan avtobioqrafik kitabın müəllifidir. Xanım Piters kitabda atasını “Mənəvi canavar” adlandırıb.

Nəzərinizə çatdıraq ki, o, 1980-ci illərdə ABŞ həyatından bezərək Sovet İttaqına qayıtsa da, kursunu yenidən dəyişərək iki il sonra ABŞ-a geri dönüb.

XS
SM
MD
LG