Accessibility links

Amerika Kino Akademiyasının 86-cı Oskar mükafatlarının təqdimatı mərasiminin aparıcısı Ellen DeCeneresin foto-şəkli Tvitter tarixində ən çox paylaşılan şəkil kimi rekord vurub.

Komediya ustası Bradli Kuper Ellen DeCeneresin Hollivud ulduzları ilə birlikdə foto-şəklini çəkib. DeCeneres şəkli Tvitterdə yerləşdirdikdən bir neçə saat sonra onu 2 milyon 400 mindən çox insan paylaşıb.

Ellen DeCeneresin şəkli ABŞ prezidenti Barak Obamanın 2012-ci ildə yenidən prezident seçildikdən sonra Tvitterdə 780 min dəfə çox paylaşmış fotosunun rekordunu üstələyib.

Ellen DeCeneres və Bredli Kuperlə yanaşı, fotoda Jared Leto, Cennifer Lourens, Meril Strip, Bred Pitt, Ancelina Joli, Lupita Ynunqo, Culiya Roberts və Kevin Speysi də çəkiliblər. Bu aktyorlar birlikdə 11 Oskar alıblar.

Foto Tvitterdə qısa müddət ərzində o qədər sürətlə bölünməyə başlayıb ki, sosial şəbəkənin fəaliyyəti yarım saat müddətinə dayanıb.
XS
SM
MD
LG