Accessibility links

Dörd Oskar qalibi - "Birdman" filmi [Video]


Alehandro Qonzalez İnarritunun “Birdman” satirik filmi ən yaxşı quruluşçu rejissor və ən yaxşı film kimi ən yüksək Oskar mükafatlarına layıq görüldü. Bu film aktyorlar dünyasından, onların müvəqqəti şöhrətindən və zərif eqolarından bəhs edir.

Aktyor Maykl Kitonun ifa etdiyi unudulmuş kino-ulduz Riqan Tomson 20 ildən sonra “Birdman” filmində super qəhrəmana çevrilir. O, yenidən Brodveyə qayıtmaq niyyətindədir. Riqan səhnəyə tərəf müqabili kimi Brodveydə tanınmış akyor Maykla çıxmaq istəyir. Lakin onların münasibəti pisləşir.

Tamaşanın premyerasından bir neçə gün əvvəl Riqan tamamilə həvəsdən düşür. Tənqidçilər onu parçalamağa hazırdır. O çıxılmaz vəziyyətdədir. Xərcləri çoxalıb, narkotik maddələrə aludə olan qızı müalicədən yeni qayıdıb. O narahatlıqlar içərisindədir və özünü gunahkar hesab edir.

Kinorejissor Alehandro Qonzalez İnarritu bu filmində tamaşaçıya özünün şəxsiyyətini və həyatını sual altına alan, dünyanın dəyərlərini öz bildiyi kimi başa düşən Riqandan danışır.

Maykl Kiton Riqanın obrazını məhrətli canlandırır. Aktyor Ed Norton Maykdan təkəbbürlü və təhlükəli Maykı, aktrisa Emma Stoun isə Riqanın qəzəbli qızı Səmi oynayır. Lakin bu filmdə cəlbedici element bir səhnənin tamamilə başqa səhnəyə keçməsidir. Buradakı hadisələr davamlı olaraq dəyişdiyinə görə həyəcan da durmadan davam edir.

“Bizim həyatımız davamlı çəkilişdən ibarət idi. Biz səhər tezdən oyanır və bütün vaxtımızı buna sərf edirdik.” deyə, rejissor bildirir.

Rejissor İnarritu deyir ki, filmin belə alınması üçün mükəmməl hazırlıq lazımdır.“Burada improvizə qətiyyən yoxdur. Hər şey saat kimi ölçülmüşdü.”

Film kəsilmədən, əsl həyatın axarı kimi inkişaf edir.

XS
SM
MD
LG