Accessibility links

Oskar mükafatına nominasiya edilən Holokost filmləri [Video]


Oskar mükafatına nominasiya edilən Holokost filmləri
please wait

No media source currently available

0:00 0:04:20 0:00

II Dünya müharibəsindən bəri Holokost saysız-hesabsız filmlərin mövzusuna çevrilib. Macarıstanlı Lazlo Nemesin “Son of Saul” - “Soulun oğlu” və alman mənşəli italiyalı Culio Riçiarellinin “Labyrinth of Lies” - “Yalanlar labirinti” filmlərini də bu siyahıya əlavə etmək olar. Hər iki film “Xarici Filmlər” kateqoriyasında Oskar mükafatına nominasiya edilib.

“Soulun oğlu” filmi II Dünya Müharibəsi zamanı Osventsim düşərgəsinin “Sonderkomando” bölməsinə düşən Soul Oslanderin əhvalatından bəhs edir. “Sonderkomando” krematoriyalarda işləməyə məcbir edilən yəhudi məhbusların adıdır. Filmdə Soulun qaz kameralarında öldürülən yüz minlərlə insandan biri olan yeniyetmə oğlanın dəfni üçün ravin axtarmasından danışılır.

Düşərgədə dəhşətli hadisələr baş verdiyi bir vaxt rejissor Nemes Lazlo Soulun iki gün ərzində keçirdiyi hissləri göstərmək üçün kameranı əsas etibarilər onun üzündə saxlayır. Tamaşaçı arxa planda gələn səslərə əsasən nələrin baş verdiyini təsəvvür etməlidir. Lazlo deyir ki, o, arxa plana ölən insanların qışqırtıları və yalvarış səslərini saxlayıb ki, tamaşaçı ölüm düşərgəsində baş verən dəhşətli mənzələri təsəvvüründə canlandıra bilsin. “Düşərgədə düşünmə prosesinə yer yoxdur. Bu elə bir şeydir ki, biz bunu müharibədən sonra belə anlaya bilmirik. Düşünməyə müharibədən sonra başlayırıq. Orada olanda isə beyin başqa cür işləyir.”

Bütün dəhşətlərə baxmayaraq, Nemes deyir ki, bu, insanlıq barədə hekayədir, başqa bir insanı dəfn etmək üçün öz həyatını riskə qoyan bir insanın şəxsi hekayəsidir.

Rejissor Culio Riççariellinin “Labyrinth of Lies”- “Yalanlar labirinti” filmində isə 1950-ci illərin sonunda nasist şübhəlilərlə bağlı təhqiqat aparan və Osventsim düşərgəsində insanlığa qarşı kütləvi cinayətlərin üstünü açan alman prokuroru Yohan Redmandan bəhs edilir.

Yalanlar labirinti” filmində müharibədən təxminən 20 il sonra belə Almaniyanın gənc nəslin Holokost düşərgələrindən xəbəri olmaması üçün Osventsimda baş verənləri gizlətməyə çalışdığı göstərilir. Bu sükut nəhayət 1963-cü ildə, Almaniyada Osventsimdə müharibə cinayətlərinə görə nasistlərin məhkəməsi keçirildiyi vaxt pozulur.

“Yalanlar Labirinti” gərgin triller filmi kimi çəkilib. Lakin rejissor Riççarelli Yohan real həyatda bir neçə prokurorun prototipi olan Rodman xarakterindən savayı filmdə göstərilənlərin real hadisələr əsasında çəkildiyini deyir. “O olduqca yüksək mənəviyyata malik bir şəxsdir. O əmindir ki, nəyin düzgün, nəyin səhv olduğunu bilir. Lakin filmin sonunda o fərqli bir insan olur və təvazökar bir insana çevrilir. Bu proses onu az qala mənən sındırır. Müharibədən sonra o, gənc Almaniya Respublikasının metaforuna çevrilir.”

O zamandan bəri Almaniya keçmişi ilə üzləşməyə başlayır. “Yalanlar Labirinti” Almaniyanın rəsmi razılığı ilə xarici film kateqoriyasında Oskara nominasiya edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG