Accessibility links

Oskar mükafatlarına layiq görülən afrikalı-amerikalı aktrisalar VIDEO


“Yardım” filmi bu ilin Oskar mükafatına ən yaxşı qadın tərəf müqabili kateqoriyasında layiq görüldü. Lakin baş rolu ifa edən Viola Devis mükafat almadı. Ən yaxşı aktisa roluna görə, Oskar-a afrikal-amerikalı qadın layiq görülüb.

İlk dəfə Oskar mükatafına 1939-cu ildə “Küləklə Sovrulanlar” filmində tərəf müaqbili, ana və qulluqçu roluna görə qaradərili qadın Hatti Makdaniels görüldü. O vaxtdan bəri afrikal-amerikalı aktrisalar müxtəlif rollar ifa ediblər. Lakin dramaturq Murrey Horvits afrikalı-amerikalıların əsasən qurbanlar kimi təqdim edildiyini deyir. “Biri ki sənə qurban gözü ilə baxılır sən ərinə xəyanət edən qadın, icmann görkəmli şəxsiyyəti olan kişi, yaxud korlanmış uşaq ola bilməzsən. Biz yazıçı və rejissor olaraq bundan ehtiyatlı olmalyıq."1991-ci ildə “Ruh” filmində tərəf müqabili, falçı Oda Mei Braun roluna görə Oskar mükafatına Vupi Qoldberq layiq görüldü. Lakin tənqidçilər bu rolun afrikalı-amerikalıların fırıldaqçı stereotipi kimi qələmə verildiyini dedilər.

2001-ci ildə isə “Kabuslar Balı” filmində ən yaxşı aktrisa roluna görə Oskar-a Halli Berri layiq görüldü. O, həbs cəzasına məhkum edilmiş qadın rolunu ifa edirdi. Dramaturq Horvits Halli Berrinin ifa etdiyi Letisia Mosqrovun həyat yoldaşını edam edənlərlə münasibətinin normal olmadığını deyir. “Halli Berinin Kabuslar Balı filmindəki rolu simpatiya doğurur. Amma düşünmürəm ki, belə bir adamla kimsə nahara getmək istəsin.”

2009-cu ildə Li Danielsin “Precious” filmində əzaəzil an obrazını canlandıran Monik ən yaxşı tərəf müqabili roluna gərə Oskar mükafatı aldı. Filmdə “qiymətli” adı ilə çağırılan bir yeniyetmə qızın qaranlıq həyatından danışılır. Filmin direktoru Li Daniels bu filmdə həqiqətdən danışıldığını və həqiqətin yaddan çıxarılmamalı olduğunu deyir. “Məgər biz afrikalı-amerikalıları bu prizmadan nümayiş etdirə bilmərik? Əsasən də Obamanın prezidentliyi vaxtında. Həqiqəti demək mümkün deyil. Həqiqət barədə oxumaq olmaz. Mən bu kitabdakı həqiqətlər barədə oxuyanda heyrətə gəldim.”

Daniels hekayənin yalnız afrikalı-amerikalılara deyil, bütün amerikalılara mesaj olduğunu deyir.

1960-cı illərdə Missisipi ştatında qulluqçu qadın roluna görə bu il Oskar mükafatına layiq görülən Oktavia Spenser filmin süjet xəttinin həqiqətə uyğun gəldiyini deyir. “Mən bu obrazı kiməsə əsaslandırmalı idim, bunun üçün mən öz anamı seçdim” – deyə, Octavia Spenser bildirir.

Halli Berri ən yaxşı aktrisa kateoqriyasında Oskar mükfatı almış yeganə qaradərili qadın olaraq qalır. Meydana çıxan sual isə budur, afrikalı-amerikalılar irqə neytral münasibətli rolları çoxmu gözləyəcəklər? Belə rolları kim ssenariləşdirəcək?

XS
SM
MD
LG