Accessibility links

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

  • Amerikanın səsi

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Bu ay keciriləcək mərasimdə Oskar mükafatına nominasiya edilən filmlərdən yalnız biri mükafatın qalibi olacaq.

Filmsevənlər Aleksandr Payenin drama janrında çəkdiyi “The Descendants” filmini izləyib. Film həyat yoldaşı qayıq qəzası nəticəsində komaya düşən iki qız atası olan vəkil haqdadır.

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

“The Descendants” Oskar mükafatına nominasiya olunub. Aleksandr Payen faciəli anlarda yumor tapmaqla məşhurdur. Lakin film əzəmətlilik kasatçılığı çəkir və bu da onun Oskar mükafatının qalibi olmasına mənfi təsir göstərə bilər.

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Hugo

Martin Skorsezinin “Hugo” filmi Parisin qatar stansiyasında gizlənən və stansiyanın divar saatını işlədən Hyuqo adlı kimsəsiz uşaq haqdadır. Ələ keçirilərsə Hyuqo yetimxanaya veriləcəyindən ehtiyat edir. “Hugo” filmi aktyor işinə görə Oskar mükafatına nominasiya edilməyib və zərif, gözəl görüntülərə baxmayaraq filmin emosional enerji çatışmamazlığı var.

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

“The Help” filmi emosiya ilə dolu filmdir. Film 1960-cı illərdə Cənubi Amerikada ağ adamların evində qulluqçu kimi işləməkləri barədə danışmağa risk edən əslən Afrikadan olan amerikalı qulluqçular haqdadır. Aibilin Klark rolunu ifa edən Viola Devis ən yaxşı aktyor işinə görə Oskar mükafatına nominasiya olub.

Baxmayaraq ki, filmin dörd nominasiyadan üçü yalnız ən yaxşı aktyor işinə görə olub, güclü obrazları və epik ölçüləri filmin diqqətdən yayınmasını qeyri mümkün edir.

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Bundan sonra Terrens Malikin poetik “The Tree of Life” drama filmi gəlir. Bu film başqalarından daha çox baş gicəlləndirən görüntülər və az sayda danışıq anları ilə seçilir. Bir çox tənqidçi bu filmi şedevr adlandırıb lakin film üç saat davam edir və çox yumuşaqdır. Təəssüf ki, “The Tree of Life” filminin kütləvi tamaşaçısı yoxdur və film adi sonluqla başa çatmır. Bu isə tənqidçiləri sarsıda bilər və seçicilər daha yüngül və iztirablı seçim edə bilərlər.

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Oskar mükafatına nominasiya edilən filmlərin qalib olma şansları (video)

Məsələn, Mişel Hazanoviçiusun “The Artist” filmi. “The Artist”filmi “Hugo” filmi ilə rəqabətdədir. Lakin bu filmdə emosiya “Hugo” filmini ötüb keçir və üstəlik “The Artist” filminin musiqi hesabı heyranedicidir. “The Artist” filmi kinofilm ulduzu haqdadır. Ulduz, səsli filmlər ekrana çıxdıqda parlaqlığını itirir. Bu film uğur, müvəffəqiyyətsizlik və uğurun bərpa olması barədədir.

Biz hansı filmin Oskar mükafatı alacağını bilmirik, amma əslində qalib artıq məlumdur. Qalib bizik - tamaşaçılar. Ona görə ki, biz bu filmlərdən mənfəətləndik, bu filmlər bizim həyatımızı zənginləşdirdi.

XS
SM
MD
LG