Accessibility links

86-cı Oskar mükafatı mərasiminin başlanmasına az qalıb


86-cı Oskar mükafatı mərasiminin başlanmasına az zaman qalıb. Görəsən bu il Leonardo DiKaprio üçün uğurlu il olacaq?

Leonardo DiKaprio “Wall Street Canavarı” filmində ifa etdiyi rola görə ən yaxşı aktyor kateqoriyasında Oskara nominasiya edilib. Amma bu siyahının başlanğıcıdır.

Kristian Beyl özünü “Amerikasayağı fırıldaq” filmidə yaratdığı rola uyğunlaşdırıb. Metyu Makkonahe “Dallas alıcılar klubu” filmindəki rolunu ifa etmək üçün çəkisini ciddi şəkildə azaldıb. Çivetel Eciofor “Köləliyin 12 ili” filmindəki roluna görə Oskar mükafatına nominasiya edilib.

Sandra Ballok “Qravitasiya” filmindəki roluna görə Oskar mükafatına nominasiya edilənlər arasındadır. Lakin mükafatın qalibi olması üçün Sandra “Amerikasayağı fırıldaq” filmində baş rolda çəkilmiş Emi Adams, eləcə də Merl Strip, Cudi Denç və Keyt Blençett-lə rəqabət aparacaq.

Cared Letonun “Dallas alıcılar klubu” filmində yaratdığı transseksual obrazı onu ən yaxşı tərəf müqabili kateqoriyasında Oskara nominasiya edib. Careld Leto indi Oskar mükafatı uğrunda Bredli Kuper, Conah Hill və Maykl Fesstbenderlə rəqabət aparmalıdır.

“Mister Banksı xilas edərkən” filmindəki roluna görə Tom Henks Oskara nominasiya edilməyib.

Cennifer Laurens “Amerikasayağı fırıldaq” filmindəki roluna görə ən yaxşı tərəfmüqabili kateqoriyasında da mükafata nominasiya edilib. Bu film “Qravitasiya”filmi ilə bərabər hər biri 10 nominasiya ilə irəlidədir.
XS
SM
MD
LG