Accessibility links

Oskar mükafatlarının qalibləri elan edildi [Fotoqalereya]


​Amerikalıların İranda girov götürlüməsi haqda çəkilən "Argo əməliyyatı" filmi Los Ancelesdə keçirilən Oskar mükafatlarının təqdimatı mərasimində ən yüksək mükafatın qalibi oldu.

ABŞ-in birinci xanımı Mişel Obama Ağ Evdən video bağlantı vasitəsi ilə qalib filmin adını elan etdi.

"Argo əməliyyatı" qalib olacağı ehtimal edilən "Linkoln" filmi də daxil olmaqla digər doqquz namizəd film arasında qalib olub.

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun Amerikada quldarlığa son qoyma səylərini təsvir edən filmdə prezident Linkoln rolunu ifa etmiş Daniel Dey Lüis ən yaxşı aktyor kateqoriyasında Oskar mükafatına layıq görüldü.

Ən yaxşı aktrisa kateqoriyasında Oskar mükafatı "Silver Linings Playbook" filmində yaratdığı rola görə gənc aktrisa Cennifer Lorensə verilib.

Ən yaxşı kino-rejissor kateqoriyasında "Pi-nin həyatı" filminin quruluşçu-rejissoru Anq Liinin Oskat mükafatı alması çoxları üçün gözlənilməz oldu. Tayvanlı rejissorun rəqibləri arasında "Linkoln" filminin quruluşçu-rejissoru Stivin Spilberq var idi.

Enn Hatevey "Les Miserables" müziklində roluna görə ən yaxşı qadın tərəfmüqabil kateqoriyasında Oskar mükafatına layiq görüldü. Aktyor Kristofer Valtz isə rejissor Quentin Tarantinonun "Zəncirləri qırılmış Canqo" filmində ifa etdiyi rola görə ən yaxşı kişi tərəfmüqaibil kateqoriyasında ikinci dəfə Oskar mükafatının qalibi oldu.

O, tərəf müqabili qismində özünün ilk mükafatını Tarantinonun 2009-cu ildə çəkdiyi Inglourious Basterds filmində yaratdığı nasist roluna görə amışldı.

Ən yaxşı sənədli film kateqoriyasında Oskar mükafatının qalibi unudulmuş musiqiçinin aşkar edilməsi haqda çəkilmiş "Searching for Sugarman" adlı film olub. Fransız dilində çəkilmiş "Amour" adlı Avstriya filmi isə ən yaxşı xarici film kateqoriyasında mükafat aldı.

Oskar mükafatlarının qalibləri Amerika Kino Akademiyasının üzvü olan film sənayesində çalışan 5800 ekspert tərəfindən müəyyən edilir.​
XS
SM
MD
LG