Accessibility links

Oskar Pistoriusa 5 il həbs cəzası verilib


Cənubi Afrikalı hakim qaçış üzrə çempion Oskar Pistoriusa qız dostu Riva Stinkampı vurub öldürdüyü üçün 5 il həbs cəzası verib.

Hakim Tokozile Masipa hökmü böyük diqqətə səbəb olmuş məhkəmənin başlamasından yeddi ay sonra Pretoriyada oxuyub.

“Mən bu hökmün həm cəmiyyətə həm də təqsirləndirilən şəxsə qarşı doğru və ədalətli olduğuna inanıram”-deyə hakim bildirib.

İttihamçılar Pistoriusa 10 il həbs cəzası verilməsini istəyib, lakin onun müdafiəçiləri 3 il müddətinə ev həbsi və ictimai xidmətin yetərli olacağını təklif ediblər.

Hakim müdafiə komandasının iki ayağı da amputasiya edilmiş Pistoriusun həbsxanada əziyyət çəkməsi ilə bağlı arqumentlərini rədd edib. O, bildirib ki, islah şöbəsinin əlillər üçün bölməsindəki şəraitdən tam “məmnundur.”

Pistorius 2013-cü ilin fevral ayında öz evində hamam otağının bağlı qapısından Stinkampı silahla vurub öldürdüyünə görə ötən ay məhkum edilib. Onun sözlərinə görə, o, gecənin qaranlığında Stinkampın oğru olduğunu düşünüb.

Olimpiyaçını daha ağır cəza gözləyirdi, amma hakim Masipa ittihamçıların Pistoriusun Stinkampı qəsdən öldürdüyünü sübut edə bilmədiyi haqda qərar verib.

XS
SM
MD
LG