Accessibility links

Leonardo Dikaprionun “The Revenant” filmindəki roluna görə ilk Oskar mükafatını alması ayaqüstə aqışlarla qarşılanıb

Dünən Hollivudda keçirilən 88-ci Oskar mükafatı mərasimində Boston Qlob Pulitzer mükafatının qalibi, uşaqların Katolik kilsədə seksual zorakılığa məruz qalmasının araşdırılmasına həsr edilmiş “Spotlight” filmi Oskara layiq görülüb.

Bu film 2002-ci ildə kilsə rəsmilərinin keşişlərin davamlı şəkildə onlarla uşağı seksual təcavüzə məruz qoyma hallarının üzərini açan müxbirlərin araşdırmalarından bəhs edir.

Film “The Revenant”, “Mad Max”, “Room and Bridge of Spies” kimi bir qrup digər filmi geridə qoyub.

Leonardo Dikaprionun isə “The Revenant” filmindəki roluna görə ilk Oskar mükafatını alması ayaqüstə aqışlarla qarşılanıb. Film qisas almaq naminə qəhrəmanın qarda kilometrlərlə məsafəni qət etməsindən bəhs edir.

“Otaq” filmindəki roluna görə ən yaxşı aktrisa kateqoriyasında mükafatın qalibi olacağı çoxları tərəfindən gözlənilən Bri Larson gözləntiləri doğruldub.

Bu ilki şouda dörd kateqoriyanın hər birində - ən yaxşı tərəfmüqabili aktyor, ən yaxşı tərəfmüqabili aktrisa, ən yaxşı aktyor və ən yaxşı aktrisa kateqoriyalarında mükafatların ikinci ildir ki, yalnız ağdərili aktyor və aktrisalara verilməsi mübahisəsi mərasimə kölgə salıb.

Komediya ustası Kris Rok açılışda mərasimlə bağlı mübahisəyə dair zarafat edib.

Ən yaxşı tərəf müqabili kateqoriyasında mükafatlar Alisia Vikander və Mark Raylansa verilib. Aktrisa Vikander “The Danish Girl” filmində qayğıkeş həyat yoldaşı roluna, Mark isə Stiven Spilberqin “Bridge of Spies” filmindəki roluna görə bu müküfata layiq görülüb.

ABŞ vitse-prezidenti Co Baydenin mərasimə gəlməsi isə tam sürpriz olub.

Onun çıxışının ardınca isə Leydi Qaqa “The Hunting Ground ” filmi üçün bəstələdiyi Oskara nominasiya edilmiş mahnını ifa edib.

Mad Max ” filmi ən yaxşı geyim, istehsal dizaynı, makiyaj, video mantaj, səs mantajı və səs effekti daxil olmaqla altı kateqoriya üzrə Oskar mükafatına layiq görülüb.

Dünya boyu 40 milyondan çox insanın mərasimi izlədiyi təxmin edilir.

XS
SM
MD
LG