Accessibility links

87-ci Oskar mərasiminin qəhrəmanları [Fotoqalereya]


Bazar günü Birləşmiş Ştatlarda 87-ci Oskar mükafatı mərasimi keçirilib.

Keçmiş super qəhraman aktyordan bəhs edən və Maykl Kitonun iştirakı ilə çəkilən “Birdman” filmi ən yaxşı kino kateqoriyasında qalib olub.

Ən yaxşı rejissor prizinə də layiq görülən filmin rejissoru Alehandro İnarritu “Birdman” filminə görə verilən mükafatı ABŞ sərhədini keçən meksikalılara həsr etdiyin deyib.

Ən yaxşı aktyor kateqoriyasında mükafat “Hər şeyin fərziyəsi” filmindəki şöhrətli Stefen Hokinq rolunda təsirli ifasına görə Eddi Redmayna verildi.

Culian Murun “Still Alice” filmində Alzeimer xəstəliyi diaqnozu qoyulmuş qadın rolunun ifasına görə ən yaxşı aktrisa kateqoriyasında Oskar mükafatının qalibi oldu.

J.K Simmons “Whiplash” filmində rəhimsiz musiqi müəllimi obrazına görə ən yaxşı tərəf müqabili qismində Oskara layiq görüldü. Patrisia Arquett “Boyhood” filmində ana rolun agörə ən yaxşı aktrisa kateqoriyasında qalib oldu.

Repçi Kommon və müğənni Con Legend ən yaxşı mahnı kateqoriyasında Oskar alan “Selma” filmindəki "Glory" mahnısı ifa edib.

Bu il keçirilən Oskar mükafatı mərasimi irqi rəngarəngliliyin olmamasına görə tənqid edilib.

“Birdman” ən yaxşı original ssenari kateqoriyasında, II Dünya Müharibəsinsdə eniqma kodunun şifrəsini açmağa cəhd edən riyaziyyatçı Alan Turinqə həsr edilmiş “The Imitation Game” filmi ən yaxşı uyğunlaşdırılmış ssenari kateqoriyasında qalib olub.

XS
SM
MD
LG