Accessibility links

Oslo məhkəmə binasının önündə intihar cəhdi olub

  • Amerikanın səsi

Kimliyi müəyyən edilməmiş şəxs özünü ötən iyulda 77 adamı öldürmüş Anders Breyvikin
mühakimə olunduğu Oslo məhkəmə binasının qarşısında yandırıb.

Polis bildirir ki, təhlükəsizlik hasarını adlamağa çalışan kişi öz üzərinə maye tökərək od vurub. Rəsmilər onun bu hərəkəti etməzdən öncə özü-özünə nəsə dediyini, amma heç kəsin onu anlamadığını bildiriblər.

Şahidlər kişinin 50 yaşlarında etnik norveçli olduğunu deyirlər. Rəsmilər onun xəstəxanaya ciddi xəsarətlər almış durumda aparıldığını deyirlər.

XS
SM
MD
LG