Accessibility links

Əkiz terror hücumları Norveci silkələdi (YENİLƏNİB)

  • Amerikanın səsi

Əkiz terror hücumları Norveci silkələdi (YENİLƏNİB)

Əkiz terror hücumları Norveci silkələdi (YENİLƏNİB)

Qanlı terror hücumları adətən dinc Norveci silkələyib. Paytaxt Oslo bomba partlayışında azı 7 adamın ölməsindən az sonra polis uniforması geymiş silahlı şəxs gənclər düşərgəsinə daxil olaraq atəş açıb.

Hücumlar bir-birindən bir neçə saat məsafədə baş verib, və rəsmilər onlar arasında mümkün əlaqələri araşdırırlar.

Norvec paytaxtı Oslonun mərkəzində iri partlayış əsas hökumət binası yaxınlığında baş verib. Partlayışın qüvvəsi yaxınlıqdakı neft nazirliyi binasını alovlandırıb. 17 mərtəbəli hökumət qərargahında baş verən partlayış nəticəsində hətta 400 metr məsafədə yerləşən binaların pəncərələri qırılıb. Adətən sakit qonşuluqda səmanı tüstü bürüyüb.

Bu binada baş nazir Jens Stoltenberqin ofisi yerləşir. Lakin hökumət sözçüsü baş nazir və onun köməkçilərindən heç kəsin xəsarət almadığını deyir.

Oslo polisi partlayışa bombanın səbəb olduğunu bildirir. Binanın qarşısında dağılmış maşın bombanın maşında yerləşdirildiyinə dair şübhələrə əsas verir.

Bir neçə saat sonra hakim Əmək Partiyasının sponsorluq etdiyi düşərgəyə daxil olan silahlı şəxs atəş açaraq beş adamı yaralayıb. Rəsmilər Oslonun cənubunda yerlşən Utoeya adasına anti-terrror polisi göndəriblər.

Son məlumatlara görə Ənsər əl-Cihad əl-Ələmi qrupu hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. İslamçı təşkilat hücumlara səbəb kimi Norvecin Əfqanıstanda qoşun saxlamasını və Məhəmməd peyğəmbərin təhqir olunmasını sadalayıb.

XS
SM
MD
LG