Accessibility links

Osman Gündüz: Dövlət qurumlarının ümumi informasiya açıqlığı 33,5 faizdir


İnternet Forumunun prezidenti Osman Gündüz

İnternet Forumunun prezidenti Osman Gündüz

“Prezident Administrasiyası, Milli Məclis, Ali Məhkəmə, Konstitusiya Məhkəməsinin saytlarında informasiya açıqlığı 30 faizədək təşkil edir. Ən aşağı göstərici Nazirlər Kabineti və Müdafiə nazirliyindədir, cəmi 6-7 faizdir”.

İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda dövlət qurumlarında informasiya açıqlığı və elektron xidmətlərdən danışıb.


Onun rəhbərlik etdiyi təşkilat 64 dövlət qurumunun internet saytlarının monitorinqini aparıb.
Cənab Gündüzün sözlərinə görə, dövlət qurumlarının ümumi informasiya açıqlığı 100 reytinqli şkala üzrə 33,5 faiz (2011-ci ildə bu 27 faiz idi) təşkil edib.
O ən yüksək göstəricinin Vergilər Nazirliyində (71 faiz) olduğunu deyib. “Təəssüf ki, Prezident Administrasiyası, Milli Məclis, Ali Məhkəmə, Konstitusiya məhkəməsinin saytlarında informasiya açıqlığı 30 faizədək təşkil edir. Ən aşağı göstərici isə Nazirlər Kabineti və Müdafiə nazirliyindədir. Bu qurumlarda informasiya açıqlığı cəmi 6-7 faizdir”.
Ekspert yerli icra hakimiyyətləri orqanlarında informasiya açıqlığını bərbad adlandırıb. “Bu qurumlarda orta informasiya aşkarlığı göstəricisi təxminən 7 faizdir. Ən yüksək göstəricisi olan yerli hakimiyyət orqanı Binəqədi İcra Hakimiyyətidir (21 faiz), ən aşağı göstərici isə Abşeron rayonundadır (1,5 faiz). Ən yaxşı informasiya aşkarlığı göstəricisi Şəki şəhər İcra Hakimiyyətindədir (34 faiz). Daha çox ictimai diqqətdə olan Bakı şəhər İcra Hakimiyyətində isə informasiya açıqlığı 21 faiz təşkil edir”.
Cənab Gündüz həmçinin elektron xidmətlər sahəsində də yüksək göstəricilərin olmadığını bildirib. “Dövlət qurtumları bir çox hallarda elektron xidmətlər göstərir. Ancaq, onlar kütləvi xarakter daşıyan xidmətləri elektron xidmətə çevirməkdə həvəsli deyil”.
Ekspert dövlət internet portalının yaradılması prosesinin də zəif olduğunu xatırladıb. “60-dan çox dövlət qurumunun saytı fəaliyyət göstərir. Ancaq, indiyədək cəmi 16 qurum dövlət portalına inteqrasiya olunub”, - deyə qeyd edib.
XS
SM
MD
LG