Accessibility links

Osman Gündüz: İnternet təhlükəsizliyi beynəlxalq standartlara cavab vermir [Video]


O Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda internet resurslarının təhlükəsizliyindən danışıb. Bu ilin fevralında 24 dövlət qurumunun saytı dağıdılıb

Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz Amerikanın Səsi radiosuna müsahibəsində deyib ki, ölkədə internet təhlükəsizliyi beynəlxalq standartlara cavab vermir.

Bununla yanaşı hökumətin bu istiqamətdə ciddi yanaşması hiss edilir.

“Prezident bu yaxınlarda informasiya resurslarının təhlükəsizliyinə konseptual təminat verən bir sənəd imzalayıb. Sənəddə dövlət və qeyri dövlət sektorunda informasiya təhlükəsizliyinin təminatı əksini tapıb. Bu sərəncamla Prezident yanında Xüsusi Mühafizə Xidmətinin nəzdində Dövlət İnformasiya Resurslarının Təhlükəsizliyi ilə bağlı Dövlət Agentliyi yaradılıb. Yeni agentlik dövlət internet resurslarına həm texnoloji, həm metodiki-informasiya, həm də maliyyə dəstəyi göstərəcək. Amma, qeyri-dövlət sektoru ilə bağlı hələ oturuşmuş mövqe yoxdur”, o qeyd edib.

O xaker hücumlarının davam etdiyini də xatırladıb.

“Bu ilin fevralında 24 dövlət qurumunun saytı eyni anda dağıdılıb. Dövlət orqanlarının internet resurslarının dayanıqlı fəaliyyəti, kadrlar, texniki-texnoloji standartlar, bir-birinə inteqrasiya ilə bağlı ciddi problemlər var. Azərbaycanda elektron hökumət portalı oturuşmuş şəkildə fəaliyyətə başlamayıb”.
XS
SM
MD
LG