Accessibility links

Məşhur Britaniya aktyoru Piter Otul vəfat edib [Fotoqalereya]


"Lawrence of Arabia" -Ərəbistan Lorensi kimi tanınan, 8 dəfə Oskar mükafatına nominasiya edilən məşhur Britaniya aktyoru Piter Otul 81 yaşında vəfat edib. Piter Otulun agenti aktyorun uzun sürən xəstəlikdən sonra keçən şənbə günü London xəstəxanalarından birində dünyasını dəyişdiyini deyib.

Piter Otulun Oskar mükafatına ilk nominasiyası "Lawrence of Arabia"- "Ərəbistan Lousensi" filmindəki roluna görə 1962-ci ildə, son nominasiyası isə "Venus" - "Venera" filmindəki roluna görə 2006-cı ildə olub. Oynadığı rollarına görə ən çox nominasiya edilən aktyor olmasına baxmayaraq, Otul heç vaxt Oskar mükafatı almayıb.

Piter Otul "Becket", "The Lion in Winter" və "My Favorite Year" adlı filmlərdə də oynayıb.
XS
SM
MD
LG