Accessibility links

Yeni Hollivud Filmləri: Jane Eyre (video)


Yeni Hollivud Filmləri: Jane Eyre (video)

Yeni Hollivud Filmləri: Jane Eyre (video)

`19-cu əsrdə yazılmış `Jane Eyre` romanına həsr olunmuş film gənc mürəbbi qadınla təcrid olunmuş həyat tərzi keçirən ev sahibi arasında münasibətlərdən bəhs edir.

JaneEyre

Salam, Yeni Hollivud filmlərinə xoş gəlmisiniz. Mən Maykl Fəsbenderəm. Yeni “Jane Eyre” filmi ilə tanış olun.

Cill: Bu sizin üçün çox mürəkkəb bir rol olmalı idi. Zənnimcə, siz işin öhdəsindən çox gözəl gəlmisiniz.

Mia Vasikovska: Çox sağ olun.

Cill: Rolun çətinliyindən qorxmurdunuzmu?

Mia Vasikovska: Adi bir obrazla Ceyn obrazı arasında fərq ondadır ki, Ceyni artıq hamı tanıyır. Yəni tamaşaçı artıq onun kim olduğunu bilir, onu başa düşür və xasiyyətinə bələddir.

Maykl Fəsbender: Mən ona “İn Treatment” filmində baxıb onda kamillik və ağıl görürdüm. Bütün bunlara baxaraq, özüm-özümə deyirdim ki, gözləmək olmaz, mən artıq hazırlaşmağa başlamalıyam.

Yeni Hollivud Filmləri: Jane Eyre (video)

Yeni Hollivud Filmləri: Jane Eyre (video)

Maykl Fəsbender: Ona görə ki, bu qız rolu çox gözəl ifa edir.

Mia Vasikovska: Mən sadəcə məyus etmək istəmirdim.

Cill: Rola düzgün aktyor seçmək filmin asan çəkilişinə kömək edir. Mia sizi nə ilə cəlb etdi?

Kary Coci: Mia elə maraqlı bir insandır ki. Yəni ətrafdakılar onun istedadından xəbərdardır. Amma onun özünün bundan xəbəri yoxdur.

Mia Vasikovska: O elə bir müasir obrazdır ki, bizim dövrdə yaşasaydı, müvəffəq insan ola bilərdi. İnsanlar daim ona bənzəməyə çalışır, onunla özləri arasında oxşar cəhətlər tapmağa can atırlar. Onun əhvalatı unudulmayıb, insanlar hələ də onun hekayəsini oxuyur və sevirlər.

Cill: Bundan başqa, əlbəttə, kostyumlar və çəkiliş mühiti maraqlı idi. Çəkilişlər səhf etmirəmsə, İngiltərədə çox qədim bir qəsrdə çəkilib. Belə bir mühitdə özünüzü daha da çox məsuliyyətli hiss etmədinizmi?

Mia Vasikovska: Əlbəttə məsuliyyətin ağırlığını hiss edirsən. O qədim binalarda əvvəllər baş verən hadisələri fikirləşmək, obraza daxil olmağa kömək edir.

Maykl Fəsbender: Çəkilişin qısa müddət ərzində başa çatması sözsüz ki, maliyyə baxımından sərfəlidir. Məncə, filmin çəkilişinə altı həftə getdi. Dəqiq bilmirəm, amma bilirəm ki, film çox az müddətə çəkildi.

Mia Vasikovska: O qəsrlərin bəzisinin 900 illik tarixi var və insanlar əsrlər boyu orada yaşayıb. Ona görə də o qəsrələr həm qorxunc, həm də çox maraqlıdır.

Cill: Sizlə Ceyn arasında oxşarlıq varmı?

Mia Vasikovska: Bəli, düşünürəm ki, bir çox adam onun kim olduğunu başa düşür və onun güclü xasiyyəti olmasından ilham alır. Yaxşı həyat tərzinə layiq olmasını, sevilməsini və hörmətlə yanaşılmasını duyan bir hiss onun içində daim yaşayır. Məncə, gənclər üçün bu anları yadda saxlamaq olduqca mühümdir.


XS
SM
MD
LG