Accessibility links

Şoubiz Xəbərləri (video)

  • Amerikanın səsi

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

Yeni Hollivud Filmləri: “Mission Impossible – Gost Protocol”

Britney Spirs

Britney Spirsle Ceyson Travik nişanlanıblar! Bunun doğru olduğuna 97 faiz əminik.

Britney Spirs Facebook səhifəsində yazdığı mesajında bu sirrin üstünü açıb. Mesajdan belə hasil olub ki, onun bir neçə il sevgilisi olan Ceyson Travik artıq Britneyə təklif edib və qız HƏ deyib.

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

Mesajda belə deyilir: “O. M. G. Keçən gecə Ceyson məni çoxdandır ki, gözlədiyim bir hədiyyə ilə sevindirdi. Görüşəndə göstərəcəm sənə!”

TMZ veb səhifəsi yazır ki, nişan mərasimi üçün Ceyson dostlar və ailə üzvlərindən ibarət böyük məclis hazırlayıb. Özü də məclis Britneynin sevimli şokolad siqar və şokolad fəvvarəsi ilə başa çatacaq.

Ne deyim, təbrik edirik cütləri!

“Mission Impossible – Gost Protocol”

IMF kəşfiyyat agentliyi Hantı Moskva həbsxanasından azad edir. Hant Karterlə Danniyə Kremlin arxivinə girərək Kobalt adlı şəxsin faylarına daxil olmağa kömək etməlidir.

Hant, Dann və Karter Kremli dağıdan partlayışdan yaxa qurtara bilirlər. Rusiyalı agent Sidirov Hantı hücumu hazırlamaqda ittiham edir.

Şoubiz Xəbərləri (video)

Şoubiz Xəbərləri (video)

IMF kəşfiyyat agentliyinin qlobal terrorçu partlayış planı ilə əlaqəli olduğu məlum olduqda təşkilat bağlanır və Kabus protokolu işə başlayır. Etan Hantla onun komandası təşkilatlarının adını təmizə çıxarmaq üçün gizli fəaliyyət göstərməli olurlar.

Filmin kino rejissor Bred Börd, quruluşçu rejissoru isə J.J. Abramsdır. Baş rollarda Tom Kruz, Ceremi Renner, Simon Peq, Paula Patton, Coş Hollovey, Vladimir Maşkov və başqaları çəkiliblər.

XS
SM
MD
LG