Accessibility links

84-cü Oskar mükafatı mərasimində ağqara səssiz “The Artist” filmi beş Oskar mükafatının qalibi oldu.

84-cü Oskar mükafatı mərasimində ağqara səssiz “The Artist” filmi beş Oskar mükafatının qalibi oldu.

Jan Dujardin yaşadığı mehmanxanadan çıxaraq mərasimə yola düşərkən biz, fransız “artist”in oradan Oskar mükafatı ilə çıxacağını təxmin edirdik. Rejissor Mişel Hazanoviçus Fransaya 2012-ci ilin ən yaxşı rejissoru kimi dönəcəkdi.

Amma mərasimi qarət edən yeni simalar yalnız bu gəlmələr deyildi.

Məsələn Kristofer Plamer. Oskar mükafatının qalibi olmağa nə qədər şansınız var? Sualına aktyor “Bilmirəm ” deyib.

“The Beginners” filmində ən yaxşı tərəf müqabili roluna görə Oskar alan 82 yaşlı aktyor Oskar mükafatından cəmi iki yaş cavandır.

Meril Strip səhnədə kinomotoqrafiyanın qızıl ilahəsinə bənzəyirdi. O, “The Iron Lady” filmindəki roluna görə üçüncü Oskar mükafatını aldı.

Qaradərili Oktavia Spenser “Help” filmindəki roluna görə ən yaxşı tərəf müqabili kimi ilk Oskarını aldı.


Gecənin başqa böyük qalibi “Hugo” filmi oldu. Belə ki, film beş Oskar mükafatına layiq görüldü.

Lakin mükafatların hər biri texniki işlərə görə verildi. Oskarlar kinomotoqrafiya, səs mantajı və ressamlıq işlərinə görə verilib.

Yaxşı ki, Saşa Baron Kohen səhnəyə buraxılmadı. Diktator geyimində qırmızı xalçaya buraxılmayan Saşa Baron Kohen Kim Canq İl-in saxta külünü xalçanın üzərinə tökdükdən sonra mərasimdən uzaqlaşdırıldı.

Beləliklə 84-cü Oskar mərasimi necə Artistə ehtiyac duyulduğunu nümayiş etdirdi.

“Being Flynn” yazıçı və kino-rejissor Pol Veytzin drama janrında çəkdiyi yeni filmdir. Nik Flayin 2004-cü ildə yazdığı “Another Bulls-t Night in Suck City” kitabına əsasən çəkilmiş film ata ilə oğul arasında kövrək, lakin sınmaz münasibətlərdən bəhs edir.

Conatan Flayn özünü Tanrının dünyaya bəxş etdiyi üç dahi yazıçıdan biri hesab edir. Conatanın oğlu gənc Nik Flayn özünü kəşf etməyə, anlamağa çalışır. O, vəfat etmiş anası Cudi üçün darıxır. Lakin Nikin atası Conatan haqda xatırələri belə yoxdur. Çunki, onlar 18 il bir-birini görməyiblər. Conatan Flayn özünü hekayə danışmaqda usta hesab edən dahi yazıçı kimi kəşf edib. Evindən qovulan Conatan evsizlər sığınacağında məskunlaşmalı olur. Niklə atası Conatanla məhz burada qarşılaşır.

“Being Flynn” filminin ssenari müəllifi və rejissoru Pol Veytzdir. Baş rolları Robert De Niro, Pol Dano, Oliviya Trilbi, Lili Teylor, Ves Stadi və Culian Mur ifa edir.

XS
SM
MD
LG