Accessibility links

Şoubiz Xəbərləri (video)


Eşton Kutçer dünyanı tərk etmək üzrədir

Eşton Kutçer dünyanı tərk etmək üzrədir!

Bu hərifi mənada belədi! O, həqiqətən dünyanı tərk etmək istəyir. 34 yaşlı aktyor fəzaya uçmağa hazırlaşır. Vircin biznes qrupunun baş icraçı direktoru Riçard Bransonun sözlərinə görə Eşton Kutçer Virginia Galactic –də fəzaya uçacaq 500-cü astronavt olacaq.

Branson bu yaxınlarda Nyu Meksiko səhrasında dünyanın ilk ticari fəza limanını açıb. O, fəzaya ilk uçuşu həyata keçirməyə ümid edir. Eştonun fəzaya uçuşu hələ elan edilməyib. Lakin məlumata görə o, bu həddi aşacağından olduqca həyəcanlıdır. O, planetimizdə ən böyük ulduzlardan biridir və indi fəzada ulduz olmaq üçün yola düşür.

Yeni Hollivud filmi “Wrath of the Titans”

Kabus Krakeni məğlub etdikdən on il sonra Zevsin oğlu, yarı-Allah Persey özünün 10 yaşlı oğlu Heliusla bərabər kiçik kənddə dinc balıqçı həyatı yaşamaq istəyir. Bu zaman Allahlar və Titanlar arasında hakimiyyət uğrunda mübarizə gərginləşir.

Təhlükəli dərəcədə zəifləyən Allahlar zindanda saxlanılan Titan və uzun müddət hakimiyyətdə olan Zevs, Hades və Poseydonun ataları olan qəddar Kronos üzərində nəzarəti itirir. Uzun müddət bundan əvvəl üç qardaş atalarını Tartarusa, yerin dərinliklərindəki bir zindana atırlar. Hades və Zefsin oğlu Ares Zevsi ələ keçirmək üçün Kronosla müqavilə bağladıqda, Persey dara düşən atasına kömək etməyə bilmir.

“Titanların Qəzəbi” adlı filmin rejissoru Conatan Libesmen, ssenari müəllifi Dan Mazea və Deyvid Lesli Consondur. Baş rollarda Sem Vortiqton, Rosamund Payk, Bill Nayli, Edqar Ramires, Liam Nisson və başqaları çəkiliblər.

XS
SM
MD
LG