Accessibility links


Sözsüz ki, Markın kefi kökdür. Yanındakı 24 yaşlı venesuelalı model, Şanon De Lima Mayami çimərliyində özəl şənliyə onunla bərabər gəlib. Beləliklə bu yaxınlarda boşanmağa ərizə verən Mark açıq-aşkar 25 yaşlı sevgilisi Kasper Smartla dünyanı dolaşan Cenfer Lopezə cavab verir.


Cenifer Kasperlə Rio de Janeroda və Nyu York şəhərində oteldə bərabər olub. Hə, birdə Havayda onların biri-birinə sarıldıqlarını da unutmayaq. Hətta Mark Mayamidə olarkən Cenifer oraya Kasperlə bərabər gəlmişdi. 43 yaşlı müğənni indi venesuelalı modellə dolaşır.

"Quzğun"

Kimsə Edqar Alan Poenun tükürpədici və qorxulu əsərlərində baş verən hadisələri gerçəkləşdirir və şəhərdə insanlar müəmmalı şəraitdə həlak olmağa başlayır. Filmdə bədnam yazıçı obrazını Con Kyüsak yaradır.


Qatil Poenin qorxulu əsərlərindən ilhamlanaraq dəhşətli qətllər həyata keçirməyə başlayanda, Baltimordan gənc detektiv, Luk Evans qatilin növbəti atacağı addımları araşdırmaq üçün yazıçı Poe ilə bir araya gəlir. Onların məqsədi qatilin əsərlərdəki tükürpədici və qanlı hadisələri gerçəkləşdirməsinin qarşısını almaqdır. Yazıçı Poenun sevgilisinin növbəti hədəf olduğu məlum olduqda vəziyyət gərginləşir.

“Quzğun” filminin rejissoru Ceyms Makteyq, ssenari müəllifləri Ben Livinqston və Hanna Şekspirdi. Baş rollarda Con Kyüsak, Luk Evens, Alis İv, Brendan Qlison və Oliver Cekson Koen çəkiliblər.

XS
SM
MD
LG