Accessibility links

Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı olub


Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı olub

Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı olub

Yeni su kəməri Bakının içməli su təchizatını yaxşılaşdıracaq

Bu gün prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışı olub. Cənab Əliyev paytaxt Bakının yaxınlığındakı Müşviqabad qəsəbəsində su kəmərlərinin idarə olunması məntəqəsinə gələrək su qurğusunu təntənəli şəkildə işə salıb.

262 kilometr uzunluğunda olan su kəmərinin inşasına 2007-ci ilin martında başlanılıb. Diametri 2 metr olan borudan saniyədə 5 kubmetr su daxil olur. Su Bakı su təchizatı şəbəkəsinə daxil olmazdan əvvəl xüsusi rezervuarlarda xlorlaşdırılacaq. Layihənin ilkin dəyəri 300 mln. manat həcmində qiymətləndirilib. Lakin üç il ərzində iki dəfədən çox artıb. Son qeyri-rəsmi məlumatlara görə, su kəməri 750 mln. manat və ya təxminən 1 mlrd. dollara başa gəlib.

Layihənin idarə olunmasını və texniki nəzarəti Almaniyanın “CES Consulting Engineers” şirkəti həyata keçirir. Su kəmərinin işə salınması ilə paytaxtın içməli su ilə təminatının xeyli yaxşılaşacağı gözlənilir

XS
SM
MD
LG