Accessibility links

ABŞ prezidentinin Ağ Evdə işlədiyi otağı çox vaxt qeyri-adi formasına görə “Oval kabinet” adlandırırlar.

ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində bildirir ki, 1909-cu ilə qədər prezidentlər binanın fərqli hissələrində işləyib.

“Köməkçilərinə daha yaxın yerləşən otaqda işləmək üçün məhz prezident William Howard Taft öz ofisini “Oval kabinetə” köçürməyə qərar verib. Hər yeni prezident isə Oval kabineti öz zövgünə uyğunlaşdırmaq üçün otağın interyerini və dekorasiyasını dəyişib. Prezidentlərin əksəriyyəti otaqların divarlarında Amerika dövlətinin bəzi qurucularının portretlərini asırlar”, məlumatda qeyd edilir.

XS
SM
MD
LG