Accessibility links

Oxot dənizində Rusiyaya məxsus gəmi batıb


Dünən Rusiyanın Oxotsk dənizində Rusiyaya məxsus gəminin batması nəticəsində azı 56 nəfər ölüb.

Fövqəladə hallar üzrə rəsmilər bildirib ki, Rusiyanın Kamçatka yarımadasında Dalnıy Vostok gəmisi buzlu suda batdıqdan sonra gəmidə olan 132 nəfərdən 63-ü xilas edilib. Yerdə qalan 15 nəfərin axtarışı davam edir. Rəsmilər buzlu suda gəminin 15 dəqəqə ərzində batdığını bidirib.

Ciddi xəsarət alan insanlar vertolyotlarla 250 kilometr şimalda yerləşən Maqadan şəhərinə çatdırılıb.

Təxminən 14 yerli balıqçı gəmisi axtarış və xilasetmə əməliyyatında iştirak edir.

Gəmidə fərqli ölkələrin nümayəndələri olub. Ruslarla yanaşı gəmidə Myanmar, Ukrayna, Litva və Vanuatu vətəndaşları da olub.

Qəzanın səbəbləri hələlik məlum deyil. Təhqiqatçılar gəminin suda hansısa obyektə dəydiyini ehtimal edir.

XS
SM
MD
LG