Accessibility links

ABŞ-ın Ohayo ştatının Sinsinnatti şəhərinin rəsmiəri gecə klubunda atışma zamanı bir nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.

Polis rəisinin müavini Pol Nyudigeyt Cameo gecə klubunda vəziyyəti "qorxunc" kimi təsvir edib.

O, silahlı şəxsin atış açdığı zaman klubda yüzlərlə adamın olduğunu deyib.

Yerli televiziya kanalının verdiyi məlumata görə, hadisə qurbanlarının bəziləri ağır yaralanıb və rəsmilər saxlanan şəxslərin kimliyi ilə bağlı məlumat açıqlamayıb.

Rəsmilər hadisə yerində bir neçə silahlı şəxsin ola bildiyini bildiriblər.

XS
SM
MD
LG