Accessibility links

Amerikanın səsi Özbəkistan məhkəməsinin müxbir Babayev haqqında çıxardığı hökmlə bağlı narahatlığını bildirib

  • Amerikanın səsi

Amerikanın səsi Özbəkistan məhkəməsinin müxbir Babayev haqqında çıxardığı hökmlə bağlı narahatlığını bildirib

Amerikanın səsi Özbəkistan məhkəməsinin müxbir Babayev haqqında çıxardığı hökmlə bağlı narahatlığını bildirib

Amerikanın səsi Özbək redaksiyasının müxbiri Əbdülməlik Babayev haqqında Özbəkistan məhkəməsinin qərarını ehtiyyatlı məmnunluqla qarşılayıb. Amerikanın səsinin direktoru Den Austın məhkəmənin qərarını nəzərdən keçirdiklərini deyib. Direktor Austın məhkəmənin müxbirə həbs cəzası kəsməməsindən məmnun olduğunu ancaq təqribən10000 məbləğində cərimə ödəməsi hökmündən narahatlığını bildirib. O məhkəmə işini izləməyə davam edəcəklərini söyləyib.

Amerikanın səsinin özbək xidmətinin müxbiri Əbdülməlik Babayevə bu gün Özbəkistan məhkəməsi tərəfindən böhtan, təhqir və ictimai asayişə hədə ittihamları irəli sürülüb. Sərhədləri qanunsuz keçmək ittihamı ləğv edildikdən sonra məhkəmə onun 10000 dollar məbləğində cərimə ödəməsinə dair hökm çıxarıb. Əbdülməlik Babayev apellyasiya məhkəməsinə müraciət edəcəyini bildirib. Amerikanın səsi üçün hazırladığı məlumatlara görə ittiham edilsə idi, jurnalisti 8 illik azadlıqdan məhrumiyyət gözləyə bilərdi.

Den Austın deyib ki, Əbdülməlik Babayevin jurnalist kimi peşəsini yerinə yetirdiyinə görə məhkəmənin onun 10000 dollar məbləğində cərimə ödəməsi haqqında hökm çıxartması narahat edicidir, biz ümid edirik ki, o cəzalandırılmaq qorxusu olmadan Amerikanın səsinin izləyiciləri üçün bitərəf, əhatəli və dəqiq reportajlar hazırlamağa davam edəcək.

XS
SM
MD
LG