Accessibility links

Özbəkistanla Cənubi Koreya arasında 4 milyard dollarlıq saziş


Özbəkistanla Cənubi Koreya arasında 4 milyard dollarlıq saziş
Özbəkistanla Cənubi Koreya arasında 4 milyard dollarlıq saziş

Cənubi Koreya prezidenti Li Myunq-Bakın Özbəkistana səfəri zamanı ölkələr arasında 4 milyard dollarlıq saziş əldə olunub.

Cənubi Koreyanın Yonhap xəbər agentliyi bildirir ki, saziş Aral dənizi yaxınlığında Özbəkistanın Surgil qaz yatağının birgə inkişaf etdirilməsini nəzərdə tutur. Buraya habelə qaz və kimya zavodunun inşası daxildir. Bu, 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulandan bəri ən geniş müqavilədir.

Saziş cənab Linin həmkarı İslam Kərimovla danışıqlar aparmaq üçün Daşkəndə gəlməsinə sonra imzalanıb. Cənab Kərimov jurnalistlərə bildirib ki, Özbəkistan nadir minerallar və uran kimi strateji mənbələrinin qapısını cənubi koreyalı biznesmenləri üzünə açır.

XS
SM
MD
LG