Accessibility links

Human Rights Watch: "Qırğızıstan rəsmiləri özbəkləri qorumaq üçün lazımı addım ata bilməyib"


Təşkilatın açıqlamasına görə, həbs olunanlar vəkillə təmin olunmayıb və işgəncələrə məruz qalıb

İnsan haqları qrupunun bildirdiyinə görə, Qırğızıstan hökumət agentlikləri ölkənin cənubunda iyun ayında etnik zəmində baş vermiş qarşıdurmalar zamanı özbəkləri qorumaq üçün lazımı addım ata bilməyib. Human Rights Watch-un hesabatında deyilir ki, hökumət qüvvələri sakinləri silahsızlaşdırmaq üçün özbək məhəllələrinə daxil olsa da, bunun yerinə bilərək və ya bilməyərək hücum həyata keçirən zorakı dəstələri mühafizə edib. Təşkilatın açıqlamasına görə, həbs olunanlar vəkillə təmin olunmayıb və işgəncələrə məruz qalıb. Human Rights Watchun 91 səhifəlik hesabatı 200-dən çox özbək və qırğız qurban, o cümlədən şahidlər, vəkillər, insan haqları müdafiəçiləri, hökumət rəsmiləri və hüquq mühafizəçiləri ilə müsahibələrə əsaslanıb. Qeyd edək ki, qırğızlar və özbəklar arasında toqquşmalar nəticəsində 350 insan həlak olmuşdu.

XS
SM
MD
LG