Accessibility links

Özü idarə olunan maşınlar böyük miqdarda məlumat proses edəcək [Video]


Avtomobil istehsalçıları ən azından yolun ən yorucu hissələrində insan sürücüləri əvəzləyəcək əlverişli maşınlar inkişaf etdirmək üçün yarışdığı bir vaxt, proqramistlər maşınların “öz-özlərini idarə etdiyi” zaman “düşünmələri təmin etməyə çalışır. Bu isə maşınlardakı sensorların topladığı böyük miqdarda məlumatı müvafiq 3D xəritələrinə çevirmək deməkdir.

Ətrafındakı dünyayı görmək üçün, ağıllı maşınlar kameralardan tutmuş LIDAR adlanan lazer şüaları ilə işləyən radarlar kimi bir sıra sensorlardan asılıdır. Bunların hamısı maşının özünü xəritədə yerləşdirməsinə yardım edir.

Mühəndislər üçün ən çətin işləridən biri də hər saniyə ADAS, yəni Qabaqcıl Sürücü Yardım Sisteminin topladığı çox sayda məlumatı dərk etməkdir.

Sravan Puttagunta Civil Maps şirkətinin baş icraçı direktorudur.

“Biz ADAS sistemlərindən toplanan xam məlumatı alıb onların maşınlar arasına bölüşülə bilən anlamlı xəritə məlumatına çevriməkdə ixtisaslaşmışıq,” deyə o Amerikanın Səsinə müsahibəsində bildirib.

Hazırda hər bir kilometr yolda toplanan 10 giqabayt məlumatı proses etmək su vasitəsilə soyudulmuş qrafikləri proses edən vahidlər tələb edir. Puttagunta deyir ki, onun şirkətinin xəritə texnologiyası iPhone və Android telefonlarında istifadə olunan prosessorla işləyə bilir.

“Sistem infrastrukturdakı əşyaları əvvəlcədən təssəvür edib onları harada tapacağını müəyyən edə bilər. Bunun faydası odur ki, “DUR” (STOP) işarəsini tapmaq üçün 360 dərəcə axtarmağa ehtiyac qalmır. İşarənin harda olacağını əvvəlcədən təxmin edə bildiyi üçün, sistem diqqətini o istiqamətə yönəldir,” deyə o bildirir.

Sistem infrastrukturdakı əşyaları əvvəlcədən təssəvür edib onları harada tapacağını müəyyən edə bilər. Bunun faydası odur ki, “DUR” (STOP) işarəsini tapmaq üçün 360 dərəcə axtarmağa ehtiyac qalmır. İşarənin harda olacağını əvvəlcədən təxmin edə bildiyi üçün, sistem diqqətini o istiqamətə yönəldir.

İnsanlar tərəfindən idarə olunanda, Sürücü Yardım Sistemi olan maşınlar sürücülərin müəyyən situasiyalarda hansı reaksiya verdiklərini müşahidə edir və onu yadda saxlayır.

“Özü idarə olunan maşın gələcəkdə həmin vəziyyətlə qarşılaşanda biz milyonlarla insanın bu situasiyada nə etdiklərini müşahidə edib ən münasib variantı seçə bilərik,” Puttagunta deyir.

Gələn bir neçə il ərzində konveyerdən çıxan maşınlar bu yeni texnologiya ilə təchiz olunmuş olacaqlar.

Civil Maps-in inkişaf etdirdiyi proqramdan istifadə edəcək ilk avtomobil istehsalçılarından birinin Ford olacağı gözlənilir. Ardınca isə Yaponiya və Çindəki böyük avtomobil istehsalçılar da bunu edə bilərlər.

Show comments

XS
SM
MD
LG