Accessibility links

Ramin İmamverdiyev 25.905 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Bərdə rayon sakini Ramin İmamverdiyev aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək Bərdə rayonu Türkmən kəndi ərazisində torpaq sahələrinin təyinatının dəyişdirilməsi adı ilə rayon sakinindən 2012-ci ilin aprelində 10 min 100 manat, rayonun Gərənə kəndi ərazisində isə 20 min dollar müqabilində torpaq sahəsinin satılmasını təşkil edəcəyini vəd edib. O, may ayında həmin puldan 10 min dollar alıb.
Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, iyunun 6-da Bakıda R.İmamverdiyev əvvəlcədən razılaşdırılmış pulun qalan hissəsini, yəni 8 min manatı Bərdə rayon sakinindən alarkən cinayət başında yaxalanıb. Müəyyən edilib ki, R.İmamverdiyev özünü vəzifəli şəxs kimi təqdim edərək ümumilikdə 25.905 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Faktla bağlı R.İmamverdiyevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG