Accessibility links

Ər və arvad Prezident Administrasiyasının qarşısında özünü yandırıb


Özünü yandıran adam

Özünü yandıran adam

Səbəb ailənin evinin uçurulmasıdır

Sumqayıt şəhərində (Bakıdan 32 kilometr şimal) yaşayan ər-arvad Jalə Salahova və Elçin Salahov avqustun 13-də səhər saatlarında Azərbaycan Prezident Administrasiyasının önündə özlərini yandırıblar.

Hadisənin baş verməsinə səbəb Sumqayıt Şəhər Məhkəməsinin ailəyə məxsus evin sökülməməsi haqda qərar çıxarmasına baxmayaraq, evlərinin uçurulmasıdır.

Buna etiraz olaraq ailə üzvləri özlərini yandırıblar. Ərazi mühasirəyə alınsa da hər iki şəxs özlərinə od vura bilib, ətrafdakı insanlar bunun qarşısını alıblar.

Bakı Şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasından Amerikanın Səsinə bildirilib ki, zərərçəkənlər 5 saylı xəstəxananın Yanıq Mərkəzinə yerləşdirilib.

Həkimlər qadına bədənin aşağı ətrafı və gövdənin, kişiyə isə gövdənin arxa səthinin II-III dərəcəli yanıq diaqnozunu qoyublar. Hər iki şəxsin sağlıq durumunun ağır olduğu bildirilir.

İlk belə etiraz aksiyasını ötən il Qarabağ müharibəsi əlili Zaur Həsənov həyata keçirib.

O, Bakının ətrafındakı kommersiya obyektinin sökülməsinə etiraz olaraq özünü yandırıb.

Aldığı yanıq xəsarətləri nəticəsində o, bir neçə gündən sonra xəstəxanada vəfat edib. Bundan sonra onun ailəsinə 100 min manat pul verilib.

XS
SM
MD
LG