Accessibility links

Pakistanın sabiq lideri Pərviz Müşərrəfə qarşı sui-qəsd cəhdi olub. Yola yerləşdirilmiş bomba onun avtomobili keçdikdən sonra partlayıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Polis rəsmiləri bildirib ki, hadisə Müşərrəf Rovalpindidə yerləşən xəstəxanadan İslamabad yaxınlığında yerləşən evinə qayıtdığı vaxt baş verib.

Pərviz Müşərrəf ötən il Pakistana qayıtdıqdan bəri ittihamlarla üzləşir. O, 2007-ci ildə prezidentliyi dövründə konstitusiyanı dayandıraraq ölkədə fövqəladə vəziyyət tətbiq etməkdə və müxalifət susdurmaq üçün bir neçə hakimi azad etməkdə ittiham edilir.

Günahkar tanındığı təqdirdə Müşərrəfi edam cəzası gözləyir.
XS
SM
MD
LG