Accessibility links

Hər kəs nənəsinin YouTube veb səhəfəsində 17 milyon izləyici topladığını deyə bilməz. 80 yaşlı Peddi Lons isə buna həqiqətən də nail olub.

Peddi Lons rəqs təraf müqabili Niko ilə birgə Britain`s Got Talent şousunda iştirak edib. Əvvəldə hər şey ləng başlanıb.

Münsiflər heyətinin üzvü Simon yenicə darıxmağa başlamışdı ki, rəqqaslar meydanı əməlli-başlı ələ alır. Lazımı anda Peddi salsa məharətini göstərir. Peddi sözsüz alqışa layiq salsa nümayiş etdirir.

Tamaşaçılar və münsiflər heyəti baş verənlərə mat-məəttəl qalır.

Siz yəqin ki, heç bir zaman 80 yaşlı qadının belə gözəl rəqs etməsini görməmisiniz.

Peddi yaradıcılığı haqda danışarkən isə kədərlənən tamaşaçılar arasında ağlayanlar belə olub.

“İki yaş yarım olandan rəqs etməyə başladım. Ailə həyatı qurduqda rəqsə əlvida deməli oldum. Dörd övladım var. Sonra həyat yoldaşımla bərabər İspaniyaya köçdük. Təəssüff ki, 18 ay sonra yoldaşım vəfat etdi. Bundan sonra mən nə ilə məşğul olmağım üçün Niko rəqs akademiyasında tamamilə fərqli rəqs dərnəyinə yazıldım. Beləliklə buraya gəlib çıxdım.”
XS
SM
MD
LG