Accessibility links

NATO qüvvələrinə təchizat aparan maşın hücuma məruz qalıb


Hücum sərhəd Çaman şəhərindəki polis məntəqəsi yaxınlığında baş verib

Pakistan rəsmiləri deyir ki, Əfqanıstandakı NATO qüvvələrinə neft təchizatı aparan yük maşınında yerləşdirilmiş bombanın partlaması nəticəsində bir nəfər həlak olub. Hücum sərhəd Çaman şəhərindəki polis məntəqəsi yaxınlığında baş verib. Partlayışın məsuliyyətini heç kəs öz üzərinə götürməyib. Adətən yaraqlılar bu zorakı regiondan keçən konvoylara hücum edir. Bu gün baş verən digər hücum zamanı iki cavan qız öldürülüb, digər iki nəfər isə yaralanıb. Hadisə naməlum silahlıların Peşəvər şəhərində yaşayış ərazisinə əldəqayırma qumbara atmasından sonra baş verib.

XS
SM
MD
LG