Accessibility links

ABŞ-ın pilotsuz təyyarəsi Pakistanın sərhəd bölgəsinə yenidən hücum həyata keçirib


Birləşmiş Ştatların pilotsuz təyyarəsinin Pakistanın Əfqanıstanla sərhəd bölgəsinə etdiyi hücum zamanı yaraqlı olduqlarında şübhəli bilinən 3 nəfərin öldüyü bildirilir.

Pakistanın kəşfiyyat rəsmilərinin dediyinə görə, pilotsuz təyyarə qəbilələrin yaşadığı Şimali Vəziristan vilayətində Mübarək Şahi adlı şəxsin evinə iki raket atmışdır.

Şimali Vəziristan Əl-Qaidə və Talibanla əlaqəsi olan yaraqlıların nəzarəti altındadır. Pakistan Birləşmiş Ştatların pilotsuz təyyarələrinin hücumlarını dəfələrlə pisləyərək, bunun ölkənin suverenliyinə müdaxilə olduğunu desə də, ABŞ bunun yaraqlılara qarşı mübarizənin bir hissəsi olduğunu deyir.
XS
SM
MD
LG