Accessibility links

Azərbaycan səfiri Pakistanda qəzadan son anda qurtulub


Dağqın Şikarov

Dağqın Şikarov

Pakistanda qəzaya uğrayan, içərisində səfirlərin olduğu helikopterdə uçmaqdan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov son anda imtina edib.

Səfir APA agentliyinə deyib ki, Pakistan baş nazirinin xanımı tərəfindən bu gün Talassemiya Mərkəzində keçiriləcək tədbirə dəvət edildiyi üçün xarici ölkələrin səfirləri ilə birlikdə Gilgit-Baltistana uçmaqdan imtina edib.

“Helikopter nasaz olub. Eniş etmək istəyərkən texniki problem yaranıb və məktəblərdən birinin üstünə düşüb. Mənim adım uçanlar siyahısında olub. Xəstəxanalara gətirilən yaralılar arasında olmadığım üçün mənim öldüyümə qərar veriblər və bu gün Pakistanda bir sıra media orqanı məni də hadisədə ölmüş kimi qələmə verib. Sonradan mən onlara zəng edib məsələyə aydınlıq gətirdim”.

Səfir bildirib ki hadisə zamanı Norveç və Niderlandın Pakistandakı səfirləri və Malayziya və Filippinin səfirlərinin xanımları ölüb, bir neçə nəfər yaralanıb.

XS
SM
MD
LG