Accessibility links

Pakistan ordusu ölkənin şimal-qərbində qəbilələrin yaşadığı ucqar ərazilərdəki yaraqlı istehkamlarına qarşı hava hücumları həyata keçirib. Əfqanıstanla sərhəddəki hücum nəticəsində onlarla yaraqlı öldürülüb.

Ordunun açıqladığı bəyanatda deyilir ki, Şimali Vəziristanda həyata keçirilən əməliyyat nəticəsində öldürülən 80 nəfərin çoxu özbək terrorçulardır.

Təhlükəsizlik rəsmilərinin məlumatına görə, 8 istehkam və partlayıcıların saxlandığı anbar məhv edilib. Rəsmi bəyanatda deyilir ki, keçən bazar günün Kəraçi hava limanında həyata keçirilən hücumu planlaşdıranlar əcənbi və yerli terrorçular olub.

Pakistan Talibanı ilə yanaşı Özbəkistandan olan yaraqlılar da bir həftə əvvəl baş vermiş hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. Hücum zamanı 10 intiharçı da daxil olmaqla 40-dan çox insan həlak olmuşdu. Ölənlərin çoxu təhlükəsizlik işçiləri idi.
XS
SM
MD
LG