Accessibility links

Pakistan Əfqanıstanla sərhəddə NATO qüvvələrinə təchizat çatdırılması üçün istifadə edilən keçidi yenidən açıb

Pakistan NATO-nun Əfqanıstanda qüvvələrinə təchizat göndərilməsi üçün istifadə edilən sərhəd keçidini yenidən açıb. Qəbilələrin yaşadığı Xeybər regionunda Torxam keçidi sentyabrın 30-da, NATO vertolyotlarının Pakistanda sərhəd yoxlama məntəqəsində iki əsgərin ölümü ilə nəticələnmiş raket hücumlarından sonra bağlanmışdı. NATO və Pakistanın birgə apardığı təhqiqat nəticəsində ABŞ pilotlarının əsgərləri səhvən yaraqlı hesab etdiyi məlum olub. Birləşmiş Ştatlar hücuma görə üzrxahlıq edib. Sərhəd keçidinin bağlanması təchizatla daşıyan yük maşınları və yanacaqla dolu tankerlərin orada ilişib qalmasına səbəb olub.

XS
SM
MD
LG