Accessibility links

Gizli sənəddə Pakistanın Talibana yardım göstərdiyi ehtimal olunur


Gizli sənəddə Pakistanın Talibana yardım göstərdiyi ehtimal olunur
Gizli sənəddə Pakistanın Talibana yardım göstərdiyi ehtimal olunur

Əfqanıstandakı beynəlxalq koalisiya rəsmilər tərəfindən verildiyi ehtimal olunan məlumata görə, Pakistan gizli şəkildə Talibana yardım edir.

The Times qəzetinin və BBC-nin yaydığı məlumata əsasən Pakistanın ordu kəşfiyyat agentliyi - ISI Talibanın Əfqanıstan qolunu dəstəkləyir və yaraqlılar inanır ki, 2014-cü ildə NATO qoşunları ölkəni tərk edəndən sonra qələbə qaçılmazıdır.

Ehtimal olunur ki, gizli məlumat ələ keçirilərək sorğu-sual edilən 4000 Taliban və Əl-Qaidə üzvlərindn əldə edilib.

Pakistan Xarici İşlər Nazirliyinin rəsmiləri məlumatı qeyri-ciddi adlandıraraq rədd edib və deyib ki, İslamabad Əfqanıstana müdaxilə etməmək öhdəliyinə sadiqdir və digər ölkələrində bu prinsipə sadiq qalacağını gözləyir.

Xatırladaq ki, Pakistanın xarici işlər naziri Hina Rəbbani Xar Kabildə Əfqanııstanda prezident Həmid Karzayla danışıqlar aparır. İki hökumət arasında münasibətlər gərgindir və hər iki tərəf bir-birini öz ölkələrində zorakılığı qızışdırmaq günahlandırır.

XS
SM
MD
LG