Accessibility links

Bu gün Pakistanda intiharçı nüfuzlu komandirə hücum edərək onu yaralayıb və təxminən altı nəfəri öldürüb. Rəsmilər Maulvi Nazirin Vana şəhərində baş vermiş partlayışda yaralanan 12 nəfərdən biri olduğunu deyib.

Nazir Əfqanıstandakı ABŞ qoşunnlarına Pakistandakı təhlükəsizlik qüvvələrindən daha çox hücum etməyi ilə Cənubi Vəziristanda tanınan baş komandirdir.

O, 2007-ci ildə Pakistan hökuməti ilə sülh müqaviləsi bağlayıb və Pakistan qüvvələrinə hücum edən Pakistan Talibanı ilə münasibətlərinə davam edir.

Nazirin dəstəsinin komandir Hafiz Qul Bahadur da daxil olmaqla, Əl-Qaidə ilə əlaqədar yaraqlı qruplarla müttəfiq olduğu da deyilir.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Rəsmilər hücumçünun Vana şəhərində üzərindəki partlayıcı qurğunu Nazir avtomobilindən düşən an işə saldığını və böyük partlayışa səbəb olduğunu deyib.
XS
SM
MD
LG