Accessibility links

Əfqanıstanla Pakitan sərhədində baş verən atışma zamanı bir əfqan əsgəri ölüb, Pakitanın iki təhlükəsizlik işçisi yaralanıb. Pakistanla Əfqanıstan Talibanın hər iki tərəfdə fəaliyyət göstərdiyi sərhəd bölgəsində dünən gecə baş verən insidentə görə bir-digərini günahlandırır. Rəsmilər mübahisəli bölgədə artilleriya atışmasının bir neçə saat davam etdiyini bildirib.

Pakistanın təhlükəsizlik idarələri ilə əlaqəsi olan Talibanla sülh danışıqları səyləri Əfqanıstan rəsmilərini narahat edir.
XS
SM
MD
LG