Accessibility links

Pakistanda terrorçuluqda şübhəli bilinən 48 nəfər öldürülüb


Pakistan hərbiçiləri Əfqanıstanla sərhəd bölgədə yeni hava hücumları nəticəsində terrorçuluqda şübhəli bilinən təxminən 48 nəfərin öldürüdüldüyü və onlarla terrorçu istinadgahının məhv edildiyini bildirib.

Ordu rəsmiləri döyüş təyyarələri və Kobra vertolyotlarının əsasən qəbilələrin məskunlaşdığı Xeybər və Şimali Vəziristan regionlarında Pakistan Talibanı və əfqan yaraqlılarının mərkəzləşdiyi ərazilərə hücum edib.

Rəsmilər üç qadın və iki uşaq da daxil olmaqla, azı altı mülkü vətəndaşın məktəb avtobusunda Bacaur qəbilə regionunda yola basdırılmış bombaya tuş gələrək həlak olduğunu bildirib.

Pakistan qoşunları Şimali Vəziristan regionunda yaraqlılar əleyhinə genişmiqyaslı döyüşlər aparır.

İyun ayından başlayan əməliyyat nəticəsində 600-dən çox yaraqlı və 40 əsgər həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG