Accessibility links

Pakistan hərbi qüvvələrinin bildirdiyinə görə, bu gün Əfqanıstanla sərhəddə qəbilələrin yaşadığı Şimali Vəziristan regionunda həyata keçirilən hava hücumları zamanı azı 21 yaraqlı öldürülüb.

Bugünkü hərbi əməliyyatlar bazar ertəsi ölkənin şimal-qərbindəki Şəbgədar şəhərinin məhkəmə qərargahına edilən və 17 nəfərin ölümünə səbəb olan bomba hücumundan sonraya təsadüf edir.

Pakistan ordusunun sözçüsü, general-leytenant Asim Bacva Şaval vadisindəki reydlərin gecə saatlarında həyata keçirildiyini bildirib. O bunun terrorçuları izləmə və axtarış əməliyyatlarının davamı olduğunu, bütün keçidlər və təpəliklərin nəzarət altına alındığını deyib.

Rəsmilər yaraqlılara qarşı aparılan əməliyyatlar zamanı Vəziristan ərazisinin demək olar 90 faizinin xarici döyüşçülər də daxil olmaqla yaraqlılardan təmizləndiyini, lakin Şaval və ətraf ərazilərdə hələ də təhlükəsizliyə nəzarətin tam təmin olunmadığını bildirib.

XS
SM
MD
LG