Accessibility links

Pakistanın vilayət rəsmiləri humanitar əsasda “Əfqan qızı”nın ölkədən deportasiya edilməyəcəyini bəyan edib.

Bəyanat Peşəvər məhkəməsinin 46 yaşlı Şartbat Qulanın saxta kimliklə Pakistan vətəndaşlığı əldə etdiyinə görə, deportasiyasına dair hökmündən bir gün sonra verilib. O, bazar ertəsi günü ölkəni tərk etməli idi.

Əfqan qadın iki həftə əvvəl nəzarət altına alınıb. Lakin daha sonra Hepatit C xəstəliyinə görə xəstəxanaya köçürülüb.

Cümə günü məhkəmə qarşısına çıxarılan Qula sənədləri saxtalaşdırmaqla Pakistanda qeyri-qanuni qaldığını etiraf edib.

Hakim onu 15 sutkalığa həbsə və 1100 dollar məbləğində cəzaya məhkum edib. Onun nəzarətdə olduğu 11 gün hesaba alınıb.

Sağlamlıq durumu, 3 qızı və 1 oğlunu nəzərə alaraq məhkəmə yumşaldıcı qərar qəbul edib

​“Sağlamlıq durumu, 3 qızı və 1 oğlunu nəzərə alaraq məhkəmə yumşaldıcı qərar qəbul edib”- deyə onun müdafiəçisi Mubəşar Nəzər Amerikanın Səsinə bildirib.

Vilayət naziri Şövkət Yusifazay hökumətin humanitar əsasda deportasiya hökmünü nəzərdən keçirmək qərarına gəldiyini və Qulanın müalicəsini davam etdirməyə imkan yaratdığını deyib.

Fotoqrafçı Stiv Makcurri 2002-ci ildə Əfqanıstanın ucqar bir kəndində onun yeni şəklini çəkmişdi.

Bu şəkil də dərginin ön səhifəsində dərc edilmişdi.

Xəstəxanada müxbirlərlə danışan Qula 13 ildir Əfqanıstanda olmadığını bildirib.

XS
SM
MD
LG