Accessibility links

İŞİD militantları Əfqanıstanda [Video]


İŞİD militantları Əfqanıstanda
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Pakistan Şimali Vəziristanda militantlara qarşı hərbi əməliyyatlara başladıqdan sonra çoxları sərhəddi keçərək Əfqanistana sığınıb. Onlardan bəzisi Əfqanistanın Nanqahar vilayətində İslam Dövləti qrupunun bir şöbəsini yaradıb.

Əfqanistanın şərqində yaşayan Şinvari qəbiləsinin üzvləri bu ilin əvvəllərində qapılarını ehtiyac içində olduqlarını hesab etdiyi insanların üzünə açıb.

Malik Nayaz: “Onlar ilk gəldiklərində dost kimi idilər. Onlar ailələri, əşyalarıyla gəldilər, xanımları da onlarla idi . Dedilər ki, onlar bu hökumətin dostlarıdır. Onlar bizdən sığınmaq üçün yer istədilər və bizim qardaşlarımız olduqlarını dedilər.”

Qəbilənin ağsaqqalı Malik Nayaz deyir ki, gəlmələr Pakistanın hərbi əməliyyatları nəticəsində Şimali Vəziristandan didərgin düşdüklərini iddia edirdi. Onun adamları qaçqınları qonaq kimi qəbul etmişdi.

Bir neçə ay içərində gəlmələr silaha sarılıb yerli idarəçiliyə müdaxilə etməyə başladı. Sonra isə onlar qara bayraq cıxarıb buranın İslam Dövlətinin Əfqanistan bölgəsi olduğu elan etdiblər.

Malik Nayaz: “Onlar yerli xalqa onlaqa qarşı sədaqət andı içmələrini və hər ay 500-600 dollar maaş verəcəklərini dedi. Biz sizi qoruyacayıq, dedilər. “Bizim dostumuz olun.”

Qrupun zorakılıqları nəticəsində minlərlə şinvarisli evləri tərk etməyə məcbur olub. Onların çoxu hazırda qaçqın kimi düşərgələrdə yaşayır.

O vaxtdan bəri militantlar daha geniş ərazilərdə, paytaxt Cəlalabad da daxil olmaqla vilayətin bir çox hissəsində hücumlar həyata keçirib.

İlk böyük hücum Əfqanistanın şərqində Kabil bankında baş verib. İslam Dövləti qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Aprel ayında baş verən hücumda onlarla insan həlak olub.

Rəsmilər yerli qəbilələri militant qruplara qarşı mübarizə aparmağa çağırır. Lakin yerli camaat deyir ki, onlar ancaq hökumət militant qrupa qarşı əməliyyata başladıqdan və bölgəni təmizlədikdən sonra ərazidə fəallıq göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG