Accessibility links

Pakistan hərbi rəsmisi Kabilə səfər edib [Təhlil]


Pakistanın hərbi lideri, general Rahil Şərif Əfqanıstanın siyasi və hərbi liderləri ilə görüşmək üçün bazar günü Kabilə gedib.

Rəsmilər deyir ki, görüşlərin məqsədi Əfqanistanda sülhün bərqərar olması, militantların iki ölkə arasında gediş-gəlişinin qarşısını almaq üçün sərhədlərdə təhlükəsizliyin gücləndirilməsidir.

Əfqanistanda sülh prosesi

Əfqanistanın prezidenti Əşrəf Qani
Əfqanistanın prezidenti Əşrəf Qani

Pakistan hərbi liderinin səfəri Əfqanistan prezidenti Əşrəf Qaninin bu ayın əvvəlində İslamabada “Asiyanın Ürəyi” adlanan konfrans səfərindən sonraya təsadüf edir. Konfrans çərçivəsində Pakistan ordusunun Əfqanıstandakı Taliban qüvvələri ilə gizli əlaqələri ilə bağlı iddialara son qoyulub.

Regional summitdə preizdent Qani Pakistanın baş naziri Nəvaz Şərif, Çin və Amerika rəsmiləri ilə görüşüb və Taliban yaraqlıları ilə yenidən danışıqların aparılmasına qərar verilib.

Bazar günü baş tutan görüş isə bu danışıqların davamı olub. Əfqan və Pakistan rəsmiləri ümid edir ki, bu ziyarət hər iki tərəfə bu istiqamətdə səylərin artırılması üçün imkan yaradacaq.

Rahilin Əfqan rəsmiləri ilə görüşü

Pakistanın hərbi lideri general Rahil Şərif Əfqanistanda səfərdədir.
Pakistanın hərbi lideri general Rahil Şərif Əfqanistanda səfərdədir.

Əfqan rəsmiləri bildirib ki, general Rahil prezident Qani və baş müşavir Abdullah Abdullah ilə görüşüb.

Pakistan ordu rəhbəri iki ölkə arasında əlaqələrin gücləndirilməsi istiqamətində səmimilik və nikbinlik nümayiş etdirib, deyə leytenant- general Asim Bajva Amerikanın Səsinə bildirib.

Pakistan münaqişənin həllində səmimiyyət olmalıdır və sülhün bərqərar edilməsi hamının məsuliyyətidir, o deyib.

İlk round müvəffəq olmayıb

İslamabad iyul ayının əvvəlində Çin və Amerika rəsmilərinin iştirakı da daxil olmaqla, Əfqanistan və Taliban arasında ilk rəsmi danışıqlara ev sahibliyi etmişdi.

Lakin danışıqların ikinci raundu Taliban lideri Molla Ömərin iki il bundan əvvəl öldürüldüyü ilə bağlı xəbəri bir gün əvvəl yayıldıqdan sonra ləğv olunub.

Əfqanistan hökuməti Pakistanı ölüm xəbərini yaymaqda və Ömərin yerinə keçəcək adamı hazırlamaqda ittiham edib. İslamabad bu iddiaları rədd edib.

Pakistan, Əfqanistan, Çin və Amerika rəsmiləri həmçinin yanvar ayının əvvəlində görüşərək danışıqların yenidən bərpası üçün harada, nə vaxt və hansı şərtlərlə aparılmasını müzakirə edəcəkləri gözlənilir.

Taliban hücumları artıb

Bu il Əfqanistan boyu Talibanın hücumlarını artırması danışıqların yenidən başlanması üçün beynəlxalq çağırışları artırıb.

Militant qrupu hələlik sülh danışıqlarına razı olub-olmadıqları ilə bağlı heç bir açıqlama verməyib.

Talibanın keçən həftə yayımladığı bəyənatda deyilir ki, NATO qüvvələrinin Helmand vilayətində gedən döyüşlərə birbaşa müdaxilə etməsi qəbulolunmazdır. Əfqan qüvvələri həmin ərazidə nəzarəti itirdiklərini bildirib.

Taliban yaraqlıları deyib ki, Əfqanistan hökumətinin anti-sülh qüvvələri və Britaniya hərbi personalının Helman vilayətinə yerləşdirilməsi, ABŞ hava qüvvələrinin Əfqanistanın quru qüvvələrinə dəstək verməsi ölkədə sülhün bərqərar olunmasına ümidi azaldır.

XS
SM
MD
LG