Accessibility links

Pakistanın Əfqanıstanla sərhəd regionunda güclü partlayış baş verib


Rəsmilərin bildirdiyinə görə, cümə günü Pakistanın şimal-qərb, Əfqanıstanla sərhəddəki qəbilə şəhərinin insanların çox olduğu ticarət mərkəzində törədilən güclu bomba partlayışı azı 22 nəfərin ölümünə, 50-dən çox insanın yaralanmasına səbəb olub.

Şahidlər və yerli siyasətçilər yarı-muxtar Kurram qəbilə vilayətinin inzibatı mərkəzi olan Paraçinardakı partlayışın şiə məscidinin qadınların ibadət etdiyi yerin girəcəyində baş verdiyini deyib.

Lakin avtomobilə yerləşdirilmiş bombanın uzaqdan idarə edildiyi və ya intiharçı tərəfindən partladıldığı məlim deyil. Hücumun məsuliyyətini də öz üzərinə götürən olmayıb. Çox sayda insanın ağır yaralandığına görə sakinlər ölənlərin sayının artacağından narahatdır.

Birləşmiş Ştatlar terror şəbəkələrinin məhv edilməsi yolunda Pakistanla yan-yana olacaq

Ordunun bəyanatında hadisə qurbanlarına təcili yardım edilməsi üçün uzaq bölgəyə vertolyotlar göndərildiyi deyilir.

Ölkənin baş naziri Navaz Şərif hücumu qınayaraq, Pakistanın ölkədən terrorizmin kökünü kəsənə qədər mübarizəni davam etdirəcəyini deyib.

Birləşmiş Ştatların Pakistandakı səfiri Devid Heyl də bomba hücumunu qınayıb. "Birləşmiş Ştatlar terror şəbəkələrinin məhv edilməsi yolunda Pakistanla yan-yana olacaq" deyə, səfir bildirib.

Yanvar ayında da Paraçinardakı intiharçı hücumu zamanı azı 23 nəfər ölmüş, 50-dən çox insan yaralanmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG