Accessibility links

Pakistanın şimal-qərb bölgəsi zorakılıqlara səhnə olub


Pakistanın zorakılıqların səhnə olduğu, Əfqanıstanla sərhəd Orakzay regionunda yol kənarına yerləşdirilmiş bombanın partlaması Talibana qarşı mübarizə aparan silahlı qruplaşmanın 7 üzvünün ölümünə səbəb olub.

Rəsmilər qəbilələrin məskunlaşdığı regionda bu gün həyata keçirilən hücum zamanı azı 9 nəfərin yaralandığını bildirib. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

Bu gün səhər tezdən eləcə də, şimal-qərbdəki Bannu şəhərində 5 nəfər intiharçının polis məntəqəsinə bomba hücumu həyata keçirdiyi deyilir. Polis sözçüsünun dediyinə görə, intiharçılardan üçü özünü partladaraq ölüb, digər ikisi isə polis tərəfindən öldürülüb. İnsident zamanı bir polis işçisinin də yaralandığı deyilir.

Bannuda həyata keçirilən hücumun məsuliyyətini Taliban üzərinə götürüb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG