Accessibility links

ABŞ dövlət katibi Pakistanın yeni seçilmiş baş naziri ilə görüşüb


ABŞ dövlət katibi Con Kerri bildirib ki, Pakistan və Birləşmiş Ştatların pilotsuz idarə edilən hərbi təyyarələrin hücumları da daxil olmaqla, son vaxtlar ikitərəfəli münasibətlərdə gərginlik doğuran məsələləri aradan qaldıra biləcəyinə əmindir.

Con Kerri bu açıqlamanı yeni seçilmiş baş nazir Navaz Şəriflə İslamabadda görüşdən sonra verib.

Pakistanda son zamanlar ABŞ əleyhinə əhval-ruhiyyənin artdığı müşahidə edilir. Pakistan bunun səbəbini Birləşmiş Ştatların ölkənin terrorizmə qarşı mübarizədə verdiyi qurbanlara kifayhət qədər qiymət verməməsi ilə əlaqələndirir.

Kerri bildirib ki, məsələ barədə daha ətraflı müzakirələrin baş nazirin Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşü zamanı keçiriləcəyi gözlənir.
XS
SM
MD
LG